Xalidə Bayramova işdən çıxarıldı

GÜNDƏM
17:40
6 May 2021
113

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb.

Sabah.az xəbər verir ki, X.Bayramova icra başçısı Vüqar Zeynalovun əmri ilə vəzifəsindən azad edilib.

Xatırladaq ki, bir müddət öncə Baş Prokurorluq tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, X.Bayramova vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib, “COVID-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq, bu barədə tibbi sənədin verilməsini tələb edib.

Qeyd edilənlərlə bağlı X.Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat verilib.

Qeyd edək ki, Xalidə Bayramova 2007-ci ildən etibarən Səbail Rayon İcra Hakimiyyətində birinci müavin vəzifəsini icra edirdi.

Xəbər lenti