Karxanada faciəli şəkildə öldü

HADİSƏ
20:42
6 Mart 2020
106

Ağdaş rayon sakini faciəli şəkildə vəfat edib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Dəhnəxəlil kəndi ərazisində yerləşən çınqıl karxanasında qeydə alınıb.

Belə ki, karxanada usta kimi çalışan rayon sakini Mahir Hacıyev beton hazırlayan dəzgahın arasında qaynaq işi görən zaman ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Xəbər lenti