Baydenlə Putin Bakıda görüşə bilər
ABŞ və Rusiya Prezidentləri Cozef Baydenlə Vladimir Putinin gözlənilən görüşü Bakıda baş tuta bilər.
Sabah.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat verib.
Keçmiş ABŞ rəsmiləri nəşrə açıqlamalarında, nəzərdə tutulan görüşün Çexiya, İslandiya, Sloveniya və ya Azərbaycanın paytaxtında baş tuta biləcəyini bildiriblər.
Qəzet yazır ki, bu ölkələr ümumilikdə bu cür görüşlər üçün “bitərəf” yer hesab olunur. Bu seçimlər arasından Finlandiyanın paytaxtı ən az ehtimal olunandır, belə ki, Rusiya lideri burada keçmiş ABŞ Prezidenti Donald Trampla görüşüb.
Məqalədə qeyd olunub ki, Reykyavik, Praqa, Lyublyana və Bakı mütəxəssislərə görə potensial namizədlər sırasındadır.
Nəşr qeyd edib ki, Azərbaycan həm Vaşinqton, həm də Moskva ilə güclü əlaqələr qurub, lakin onu da əlavə ediblər ki, C.Baydenin belə bir seçimi ermənilərin mənfi reaksiyasına səbəb ola bilər.
Xatırladaq ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinlə Bayden arasında görüşün yay ayında baş tutacağının planlaşdırıldığını açıqlasa da, bildirib ki, dəqiq tarix və ölkə hələ müəyyənləşməyib.
Daha çox