Nəşi tapılan şəhidlə bağlı rəsmi açıqlama
13:26
5 May 2021
70Hərbi Prokurorluq itkin düşən şəhidin nəşinin tapılması ilə bağlı açıqlama verib.
Sabah.az xəbər verir ki, məlumatda qeyd edilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilib.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
Xatırladaq ki, 1990-cı il təvəllüdlü Mingəçevir sakini P.Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşmüşdü
Daha çox