Güclü külək axşama doğru zəifləyəcək

XƏBƏR
13:40
5 May 2021
35

"Mayın 5-i gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur".

Sabah.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gün ərzində davam edəcək:

“Küləyin maksimal sürəti arabir 30-35 metr/saniyəyə çatacaq. Axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir. Səhər mülayim cənub küləyi ilə əvəz olunacaq".

G.Məmmədova qeyd edib ki, bölgələrdə gün ərzində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək:

"Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə isə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Ayın 6-sı səhər saatlarından yağıntının tədricən azalacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir”.

Xəbər lenti