İtkin düşən əsgərimizin şəhid xəbəri gəldi

GÜNDƏM
12:33
5 May 2021
222

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Sabah.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlu sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Müddətdən Artıq Hərbi Xidmət edən qulluqçu (MAXE) olan P.Tağıyevin nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Şəhidimiz bu gün Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Xəbər lenti