Fotolarını yaymaqla şantaj edib qızıl bilərzik və üzüyünü aldı

XƏBƏR
11:48
5 May 2021
66

Şəkidə qadını şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sabah.az-a verilən xəbərə görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən gənc qadın mayın 3-də tanışının onun şəkil və videolarını sosial şəbəkədə yayacağı ilə hədələyib qızıl bilərzik və üzüyünü aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Birinci Biləcik kənd sakini T.Əhmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti