Ölkə üzrə yoluxma statistikası

XƏBƏR
10:42
5 May 2021
54

Azərbaycanda ölkə üzrə koronavirusa ən çox yoluxma yenə də Bakıda qeydə alınıb – 54,2 faiz.

Sabah.az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.

Yoluxma Abşeronda 12,9 faiz, Aran rayonlarında 12,0 faiz, Gəncə-Qazaxda 7,3 faiz, Şəki-Zaqatalada 4,2 faiz, Quba-Xaçmazda 3,1 faiz, Lənkəranda 2,4 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 1,4 faiz və Naxçıvanda 0,03 faiz təşkil edir.

Ölkəxarici yoluxma isə 0,3 faizdir.

Ümumi yoluxanların 51 faizini qadınlar, 49 faizini isə kişilər təşkil edir.

Xəbər lenti