Məhərrəm Əliyevlə Elçin Quliyev Qubadlıda - Fotolar
Prezidentin köməkçisi, Prezidentin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Qubadlı” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.
Sabah.az DSX-nın saytına istinadən xəbər verir ki, mayın 3-4-də baş tutan səfərdə əlahiddə sərhəd diviziyasının xidməti ərazisində dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçirilən fəaliyyətlər, o cümlədən yeni hərbi hissələrin inşası, sərhəd yollarının çəkilməsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikinti-quruculuq işləri və təhlükəsizlik tədbirləri nəzərdən keçirilib.
Sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüş olub, hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitləri ilə tanış olublar.
Əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib.
Vəzifəli şəxslərin xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilib. Hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsinin, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi xüsusi qeyd olunub.
Səfər çərçivəsində həmçinin Azərbaycan-İran dövlət sərhədində Zəngilan rayonu ərazisində “Bartaz” sərhəd zastavasında xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəldilməsi üçün görülən işlərlə yerindəcə tanış olublar.
Şəxsi heyətin xidməti və yaşayış şəraitinə baxış keçirilib, zəruri tapşırıq və tövsiyələr verilib.
Daha çox