Binadan yeniyetmənin üstünə daş parçası düşməsi ilə bağlı açıqlama
Bakıda yeniyetmə uşağın üstünə daş parçasının düşməsi ilə bağlı araşdırma aparılır.
Sabah.az xəbər verir ki, Səbail rayon prokurorluğundan verilən məlumata görə, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasını düşüb.
Aparılmış araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə “kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi müəyyən edilib.
Hazırda fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.
Daha çox