Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verdi

GÜNDƏM
11:20
4 May 2021
99

ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardım göstərilməsinə icazə verib.

Sabah.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat verib. Qeyd olunub ki, Bayden Konqresə administrasiyanın “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişi təxirə salınma müddətini uzatdığını bildirib.

Dövlət katibi Entoni Blinkenin Konqresə göndərdiyi bildirişdə Azərbaycana göstərilən bu yardımın Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində davam edən səyləri pozmayacağı və prosesə müdaxilə etməyəcəyi və Ermənistana qarşı hücum məqsədləri üçün istifadə olunmayacağı qeyd olunub.

Amerika diplomatiyasının rəhbəri yardımın beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək və Azərbaycan sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün lazım olduğunu da qeyd edib.

Baydenin bir müddət əvvəl qondarma erməni soyqırımı ilə bağlı açıqlaması fonunda bu qərar ABŞ-dakı erməni icması tərəfindən çaşqınlıq və qəzəblə qarşılanıb.

Xəbər lenti