Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

XƏBƏR
13:36
3 May 2021
188

Ölkə ərazisində hava şəraiti pisləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən xəbərə görə, mayın 5-i səhərdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20  m/s, arabir 23-25 m/s, mayın 5-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Arabir yağış yağacağı ehtimalı var.

Mayın 5-dən 6-sı axşamadək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv, əsasən şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir 15-20 m/s, mayın 5-də ayrı-ayrı yerlərdə arabir 25-30  m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Xəbər lenti