Oğurluq etdiyi evi yandırdı

HADİSƏ
13:17
3 May 2021
50

Sabirabadda oğurluq etdiyi evi yandıran şəxs tutulub.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad şəhəri Yeni məhəllədə yaşayan E.Seyfullayevin evində yanğın baş verib. Nəticədə 60 kvm. sahədə yanar konstruksiyalar oradakı əşyalarla birgə yanıb, xəsarət alan olmayıb.

Sabirabad polisi tərəfindən aparılan araşdırmalarla evdən 1200 manat dəyərində məişət əşyalarının oğurlanması və evin yandırılması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Qalağayın kənd sakini R.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbər lenti