Fotolarını yayacağı ilə hədələyib pul tələb etdi

XƏBƏR
12:12
3 May 2021
94

Bakıda qadını şantaj edən şəxs tutulub.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini olan bir qadın aprelin 27-də tanışının onun şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 200 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş E.Sultanov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti