İki həftədə 730 kq narkotikin sərhəddən keçirilməsinin qarşısı alınıb

HADİSƏ
10:38
3 May 2021
50

Gömrük orqanları tərəfindən keçirilən uğurlu əməliyyat zamanı külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Sabah.az xəbər verir  ki, bu barədə Dövlət Gömrük xidmətinin sədri Səfər Mehdiyev sosial şəbəkə hesabında yazıb.

Bildirib ki, son iki həftə ərzində ölkəmizin cənub sərhədlərində 5 fakt üzrə 730 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılıb.

Xəbər lenti