Bu gündən "Vaxzevria” peyvəndinin tətbiqinə başlanılır
Bu gündən Azərbaycanda “COVID-19” xəstəliyinə qarşı İngiltərənin Oxford Universitetinin istehsalı olan "Vaxzevria” vaksininin tətbiqinə başlanılır.
Sabah.az-ın məlumatına görə, peyvənddən 60 yaş və daha yuxarı şəxslərin vaksinasiyası zamanı istifadə olunacaq. Peyvənd Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq.
Qeyd edək ki, “COVAX” platforması çərçivəsində Azərbaycana 84 000 doza “Vaxzevria” peyvəndi gətirilib.
Daha çox