Çavuşoğludan Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.
Sabah.az-ın məlumatına görə, Çavuşoğlu bununla bağlı tvitter hesabından yazıb.
“Can Azərbaycanın gənclik və idman naziri Azad Rəhimov qardaşımın vəfatını böyük üzüntüylə öyrəndim. Mərhuma Allahdan rəhmət, ailəsinə və bütün azərbaycanlı qardaşlarımıza səbir və başsağlığı diləyirəm. Məkanı cənnət olsun”, - deyə paylaşımda deyilir.
Qeyd edək ki, ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunan Azad Rəhimov dünən 56 yaşında dünyasını dəyişib.
Daha çox