Bakıda iki qəza tıxac yaratdı - Foto

XƏBƏR
14:50
1 May 2021
79

Bakıda iki yerdə yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Belə ki, “20 Yanvar” dairəsi istiqamətində iki yerdə qəza qeydə alınıb.

Qəzalardan biri Çermet körpüsü adlanan hissədə, digər isə Atatürk prospekti ilə kəsişmədədir.

Bununla əlaqədar olaraq hazırda Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Xəbər lenti