Ağcabədidə ağır qəza, ölən var

HADİSƏ
12:10
1 May 2021
84

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Xocavənd kəndi ərazisində Goranboy rayon sakini Rəhbər Hümbətovun idarə etdiyi “VAZ-21060” və Bərdə rayon sakini Y.Mejdinovun idarə etdiyi “QAZ-53” markalı (qoşqulu yük) avtomobilləri toqquşub.

Qəza nəticəsində ağır xəsarət alan R.Hümbətov və bir sərnişini xəstəxanaya yerləşdirilsə də, R.Hümbətovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti