Yas mərasimləri yarımçıq dayandırıldı

XƏBƏR
10:52
1 May 2021
70

Şamaxıda yas mərasimləri təşkil edənlər cərimələnib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində şəhər ərazisində iki fərqli ünvanda yas mərasimlərinin təşkil edildiyi müəyyən olunub. Müşviq Səfərov və Samir Məmmədzadəyə məxsus fərdi yaşayış evlərində keçirilən yas mərasimləri RPŞ-nin əməkdaşları tərəfindən dayandırılıb.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Xəbər lenti