Premyer Liqamızda 1 dəqiqəlik sükut
10:27
1 May 2021
89Azərbaycan Premyer Liqası və 1-ci divizionunun oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
Sabah.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsi ilə bağlıdır.
Bunu nəzərə alan Peşəkar Futbol Liqası hər iki yarışın, müvafiq olaraq, 25 və 24-cü turlarının 1 dəqiqəlik sükutla başlanmasını qərara alıb.
Qeyd edək ki, Azad Rəhimov dünən vəfat edib.
Daha çox