Koronavirus diaqnozu qoyulan qadın karantin müddətindən danışdı - Video
Sinqapurda fevralın 7-də koronavirus diaqnozuyla karantinə alınan Culiy (Julie) orada keçirdiyi anları BBC-yə danışıb.
Sabah.az xəbər verir ki, Culiy karantində 9 gün qaldıqdan sonra sağalaraq evə buraxılıb.
O, ilk simptomlarının baş gicəllənmə ilə başladığını bildirib:
"Mən nə öskürürdüm, nə də burnum axırdı. Heç nəyim yox idi. Buna baxmayaraq, fevralın 7-də səhər (saat 03:00) oyandım və başımın fırlandığını hiss etdim".
Culiy, karantində keçirdiyi müddətin çox çətin olduğunu qeyd edib:
“Dərmanlar, təmiz paltar, dəsmal, hər şey var. Ailənizlə görüntülü belə danışa bilirsiniz. Lakin insanlardan tamamilə ayrılmaq hissi mənə divarları yumruqlamağa sövq edirdi”.
O, karantin müddətində ən çox nəfəs darlığından əziyyət çəkdiyini ifadə edib. Onun sözlərinə görə insanlar bu virus barəsində az məlumatlıdırlar:
“İnsanlar narahatdır. Çünki məlumatsızdırlar və çox az şey bilirlər. Əgər qorxu varsa, başqaları tərəfindən deyilən şaiyələr sürətlə yayıla bilər".
Qeyd edək ki, onu müayinə edən həkimlər tamamiylə sağaldığını bildiriblər.
Daha çox