Türkiyəli həmkarı Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi

XƏBƏR
09:58
1 May 2021
65

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu azərbaycanlı həmkarı Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

Sabah.az xəbər verir ki, türkiyəli nazir bununla bağlı şəxsi tvitter səhifəsində paylaşım edib.

"Azərbaycanın Gənclər və idman naziri, dostum Azad Rəhimovun vəfatını kədərlə öyrəndim. Cənab Rəhimov ölkələrimiz arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə səbr diləyirəm. Azərbaycanın və ölkəmizin başı sağ olsun", - başsağlığında bildirilib.

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Xəbər lenti