Məktəb direktoru vəfat etdi

XƏBƏR
09:27
1 May 2021
443

Xızı rayonunun Ağdərə kənd ümumi orta məktəbinin direktoru Mirbala Qədimov vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə Xızı rayon Təhsil Şöbəsi məlumat yayıb.

“Xızı rayon Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi Ağdərə kənd ümumi orta məktəbin direktoru Mirbala Qədimovun vaxtsız vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir”, - paylaşımda qeyd olunub.

Xəbər lenti