“Koronavirusu ilk dəfə yüngül keçirib, ikincidə vəfat edənlər var”

XƏBƏR
16:12
30 Aprel 2021
123

“COVID-19-a yoluxan şəxslərdə virus yükü nə qədər az olsa, xəstəliyi rahat keçirər. Virus orqanizmə nə qədər çox daxil olarsa, o şəxslər xəstəliyi daha ağır keçirir”.

Sabah.az xəbər verir ki, bu barədə cərrah Rauf Qasımov Səhiyyə Nazirliyinin stasionar şəraitdə COVID-19-un müalicəsilə bağlı canlı yayımda bildirib. 

O qeyd edib ki, koronavirus infeksiyasına ikinci, hətta 1 nəfərdə üçüncü dəfə yoluxma halını şəxsən müşahidə edib. Həkim qeyd edib ki, xəstənin bu xəstəliyi necə keçirəcəyi bədənin ümumi vəziyyəti, immun sistemi, virus yükünün nə qədər olması və digər hallardan asılıdır:

“Dünya statistikasında birinci dəfə xəstəliyi yüngül keçirən, ikinci dəfə vəfat edən şəxslər var. Həmçinin ilk dəfə ağır, növbəti dəfə xəstəliyi yüngül keçirənlər də olub".

Xəbər lenti