“Barselona”da münaqişə - Təcili görüş çağırıldı

İDMAN
14:37
5 Fevral 2020
56

“Barselona”nın prezidenti Xosep Bartomeu klubun idman direktoru Erik Abidalla təcili görüş keçirəcək.

Sabah.az İspaniyanın RAC1 radiosunun saytına istinadən xəbər verir ki, görüşdə Abidalla komandanın kapitanı Lionel Messi arasında yaşanan münaqişə müzakirə olunacaq.

Xatırladaq ki, Abidal açıqlamasında komandanın sabiq baş məşqçisi Ernesto Valverdenin vaxtında futbolçuların yaxşı oynamadığını bildirib. Messi isə onun bu fikirlərinə etiraz edib və Abidalın konkret ad çəkməli olduğunu deyib: “Yaxşı oynamadığımız zaman bunu ilk biz etiraf edirik. Əgər futbolçular haqqında danışırsansa, ad çəkməlisən, əks təqdirdə, hamının üzərinə kölgə salacaqsan".

Xəbər lenti