Binanın damına çıxıb intihar etmək istədi

HADİSƏ
14:38
29 Aprel 2021
73

Bakıda intihara cəhdin qarşısı alınıb.

Sabah.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər lenti