10 siyasi partiyaya 1 milyon manata yaxın vəsait ödənildi

İQTİSADİYYAT
12:37
29 Aprel 2021
78

2021-ci ilin II rübü üzrə 10 siyasi partiyaya vəsait ayrılıb.

Sabah.az xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, 2021-ci ilin II rübü üzrə - Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 948,4 min manat məbləğində vəsait ödənilib.

Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun aparılır.

Xəbər lenti