Məhkəmə Alimpaşa Məmmədov barədə qərar verdi - Yenilənib

ÖLKƏ
17:22
28 Aprel 2021
125

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov məhkəməyə gətirilib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan A.Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.

***

Sabah.az-ın məlumatına görə, Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova təqdimatı təmin edərək Alimpaşa Məmmədov barəsində 4 ay müddətinə həbs qərarı çıxarıb.

Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Əməliyyat zamanı icra başçısından əlavə onun birinci müavini Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Teymur Hacıyevin də saxlanıldığı bildirilir.

Prezident İlham Əliyevin sərəncamı ilə Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xəbər lenti