"Şənbə-bazar günlərinə dair təklif vermək hüququmuz yoxdur"

XƏBƏR
12:58
28 Aprel 2021
68

"Pandemiya dövründə şənbə-bazar günlərində ictimai nəqliyyatın işləməməsi onun fəaliyyətinə ciddi təsir göstərir. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargaha təklif vermə hüquqi bizdə deyil. Ona görə bu haqda bir söz deyə bilmərik".

Sabah.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

"İctimai nəqliyyatın normal vaxtlardan əlavə işləməsi müəyyən saatlarda sıxlıqlar yarada bilər. Məsələn, şənbə-bazar günlərində ictimai nəqliyyat 20:00-a qədər işləyərsə, o zaman saat 18:00-20:00 aralığında əhalinin sıxlığı yarana bilər. Ya ictimai nəqliyyat işləməlidir, əhalidə rahatlıq olmalıdır, ya da işləməməlidir. Bizim yanaşma belədir", - deyə o, qeyd edib.

Xəbər lenti