İbtidai sinif şagirdləri üçün tətil günləri açıqlandı

GÜNDƏM
10:59
28 Aprel 2021
182

"Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində 1–5 may tarixləri tətil günləridir. Bu məsələ Nazirlər Kabinetinin Qərarında əks olunub".

Sabah.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov feysbukda yazıb.

O bildirib ki, qeyd edilənlərə əsasən, cari tədris ilində də 1–5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur. Həmin günlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (əyani və ya distant) dayandırılır.

Xəbər lenti