İtkin düşən daha iki şəhidin kimliyi müəyyənləşdirildi

GÜNDƏM
17:12
27 Aprel 2021
73

Hərbi Prokurorluq Vətən Müharibəsində itkin düşən daha iki hərbçinin meyitinin şəxsiyyəti müəyyənləşdirildiyini açıqlayıb.

Qurumdan Sabah.az-a verilən məlumata görə, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun - əsgər Mustafayev Elvin Fuad oğlu və əsgər Musayev Ələkbər Əlövsət oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitlərinin 2021-ci il aprelin 27-də aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Xəbər lenti