İtkin düşən Ələkbərin şəhid xəbəri gəldi...

ÖLKƏ
16:10
27 Aprel 2021
368

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun şəhid olduğu müəyyənləşib.

Sabah.az xəbər verir ki, müddətdən artıq hərbi xidmət edən (MAXE) hərbçi Ələkbər Əlövsət oğlu Musayevin nəşi tapılıb.

Şəhid bu gün doğulduğu Cəlilabad rayonunun Mollalı kəndində dəfn olunacaq.

Qeyd edək ki, Ə.Musayev iyunun 16-da 1999-cu ildə Cəlilabad rayonunun Mollalı kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərində onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.

Xəbər lenti