TƏBİB-dən Oqtay Gülalıyevin oğlunun şikayətinə cavab
“Hüquq müdafiəçisi Oktay Gülalıyevin ev şəraitində müalicəsinin təşkili üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub. Həmin tibb bacılarına 3 aydır ki, maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir”.
Sabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qurumdan O.Gülalıyevin oğlu Təbrizin iddiasına cavab olaraq Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nizami Nəbiyev bildirib ki, tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əmək haqları hər ay ödənilir: “Oktay Gülalıyevin normal həyata geri dönə bilməsi və ayağa qalxması həkimlərimiz əlindən gələni edir”.
Xatırladaq ki, T.Gülalıyev dərmanların alınması ilə də bağlı 5 aydır ki, narahatlıq keçirdiklərini bildirmişdi. Onun sözlərinə görə, aylardır xəstəyə qulluq üçün ayrılan tibb bacılarına maaş verilmədiyindən onlar müalicəni dayandırmaq məcburiyyətindədirlər.
Daha çox