Rusiyada qadını öldürən şəxsin işi Azərbaycana göndərildi
Rusiyada qadının ölümünə səbəb olan şəxs Azərbaycanda axtarılır.
Sabah.az xəbər verir ki, Ucar rayon prokurorluğundan verilən məlumata görə, 25.10.2015-ci tarixdə Rusiya Federasiyasında Zaqirova Rasima Zakirovnanın ölüm faktı üzrə Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb.
Məmmədov Əlövsət Novruz oğlu həmin iş üzrə təqsirləndirilib. Cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Baş Prokurorluğuna göndərilib.
26.04.2021-ci il tarixdə Ucar Rayon Prokurorluğu tərəfindən həmin cinayət işi icraata qəbul edilib və iş üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.
Hazırda 09.01.1965-ci il tarixdə Ucar rayonu Qardağlı kəndində anadan olmaqla həmin ünvanda qeydiyyatda olan, Azərbaycan vətəndaşı Əlövsət Məmmədovun istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Daha çox