28 May küçəsində hərəkət məhdudlaşdırılacaq
Nəsimi rayonu, 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırılacaq.
Sabah.az xəbər verir ki, məhdudlaşma mart ayının 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər tətbiq olunacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Daha çox