İdman zalında məşq edən 56 nəfər cərimələndi - Video
Bakıda karantin qaydalarını pozaraq işləyən idman zalında məşq edən 56 nəfər cərimələnib.
DİN Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Anderqraund” adlı idman zalı xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul etdiyi məlum olub.
Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkar edilib. Həmin şəxslərdən “COVID-19” virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib edilib və cərimələniblər.
Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.
Daha çox