İçində avtomobil olan sex yandı

HADİSƏ
17:56
26 Aprel 2021
95

Bərdədə avtomobil təmiri sexi yanıb.

Sabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumatına görə, ümumi sahəsi 304 m² olan bir dam altında tikilən avtomobil təmiri sexlərindən ikisinin yanar konstruksiyaları 70 m² sahədə və içərisində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb

Bitişik sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti