İcra hakimiyyətinin önündə intihara cəhd
Aprelin 24-də saat 01.30 radələrində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında şəhər sakini E.Babayev gətirdiyi yanacağı üzərinə tökərək özünü yandırmağa cəhd göstərib.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Masallı Rayon Mühafizə Bölməsi əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində cəhdin qarşısı alınıb və o, saxlanılaraq Rayon Polis Şöbəsinə təhvil verilib.
E.Babayev izahatında əmisi oğlu R.Babayevin onu təhqir etdiyi üçün intihar etməyə cəhd göstərməsini bildirib.
Araşdırmalar aparılır.
Daha çox