Mağazadan oğurluq etmək istədilər - Foto

HADİSƏ
10:49
26 Aprel 2021
41

Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Abbasov və Zərdab rayon sakini Əli Vəliyev gecə saatlarında şəhər ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər.

Sabah.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Gəncə şəhər regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən alınıb və onlar oğurluq edərkən yaxalanaraq, istifadə etdikləri maddi sübutlarla birlikdə Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə təqdim edilib.

Araşdırmalar zamanı O.Abbasovun əvvəllər eyni mağazadan bir neçə dəfə də oğurluq etməsi müəyyən edilib.

Saxlanılan şəxslərin digər cinayət hadisələri törətmələri ehtimal olunduğundan araşdırmalar davam etdirilir.

Xəbər lenti