Xəstələr oksigen çatışmazlığından ölür - Hindistanda "koronavirus qasırğası"

XƏBƏR
09:40
26 Aprel 2021
66

Hindistanda fevral ayından bəri koronavirus xəstələrinin sayında müşahidə olunan artım bəzi problemlərə yol açıb. Artım, ölkənin bir sıra xəstəxanalarında ciddi tibbi oksigen və çarpayı çatışmazlığına səbəb olub ki, bu da koronaviruslu xəstələrin qəbulunda çətinliklər yaradıb.

Sabah.az xəbər verir ki, son sutka ərzində Hindistanda qeydə alınan təsdiqlənmiş yoluxma hallarının sayı növbəti dəfə 300 mini, ölüm sayı isə 2 mini ötüb.

“Reuters”in verdiyi məlumata görə, ölkənin baş naziri Narendra Modi vəziyyəti "Hindistanı “koronavirus qasırğası” sarsıdıb" ifadəsi ilə şərh edib.

Artıq paytaxt Dehlidə 25 koronovirus xəstəsinin oksigen çatışmazlığından vəfat etdiyi qeydə alınıb. Bunun ardınca Hindistan hökuməti, xarici ölkələrdən yardım istəyib. Çağırışdan sonra bir sıra ölkələr Hindistana lazimi tibbi avadanlıqlar göndərsə də, ölkə kritik vəziyyətin hələ də davam etdiyini açıqlayıb.

Qeyd edək ki, mütəxəssislər, bu cür artım davam edərsə, Hindistanda gündəlik yoluxma sayının may ayında 500 minə çatacağını proqnozlaşdırır.

Xəbər lenti