20 nəfərlə iftar verildiyi aşkarlandı - Foto
Ağstafada yas mərasimi keçirmək istəyənlər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Sabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.
Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Bundan başqa, RPŞ-nin Köçvəlli Polis Bölməsinin əməkdaşları inzibati ərazidə karantin qaydalarına zidd olaraq 20-yə yaxın vətəndaşa iftar mərasimi təşkil edilməsini də aşkarlayıb. Polis əməkdaşları tərəfindən həmin vətəndaşlar ilə profilaktiki söhbətlər aparılıb, onlara pandemiya qaydaları bir daha xatırladılıb.
Daha çox