Taksi sürücüsünün COVID-19 xəstəsi olduğu aşkarlandı - Foto

HADİSƏ
10:10
24 Aprel 2021
72

Hacıqabulda taksi fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, rayon sakini Elçin Qəhrəmanov koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

E.Qəhrəmanov rayon ərazisində özünə məxsus “VAZ-2107” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən müəyyən edilib, onun fəaliyyəti dayadırılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

E.Qəhrəmanovun avtomobilinə müştəri kimi əyləşən və onunla yaxın təmasda olan şəxslərin müvafiq tibb mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Xəbər lenti