Səhiyyə naziri vəzifəsinin icrası ona tapşırıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında sərəncam imzalayıb.
Sabah.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.
Qeyd edək ki, T.Musayev indiyə qədər Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.
Daha çox