Masallıda qəza - 3 ölü, 3 yaralı

HADİSƏ
12:40
6 Mart 2020
333

Masallı rayonunda “Niva” aşıb, nəticədə 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Sabah.az xəbər verir ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Seymur Vidadi oğlu Şirəliyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq təxminən 300 metrlikdən dərəyə yuvarlanıb.

Qəza nəticəsində sürücü, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Şirəliyev Seymur Vidadi oğlu, onun arvadı, 1998-ci il təvəllüdlü Aslanova Rəna Əyyar qızı xəsarət alıb.

S.Şirəliyevin anası Sərvinaz Şirəliyeva, qardaşı arvadı, 1993-cü il təvəllüdlü Quliyeva Könül Cəmil qızı və onun bir övladı vəfat edib.

Məlumata görə, Bakı sakinləri Masallıdan Yardımlıya nişan mərasiminə gedirlərmiş.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma aparılır.

Xəbər lenti