Hüseynbala Mirələmov YAP-dan çıxarıldı

ÖLKƏ
16:00
23 Aprel 2021
84

Sabiq deputat Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılıb.

Sabah.az xəbər verir ki, bu barədə qərar bu gün YAP İdarə Heyətinin iclasında qəbul edilib.

Eyni zamanda H.Mirələmovun Xətai rayon təşkilatının sədrliyindən və YAP Veteranlar Şurasının üzvlüyündən çıxarılması da qərara alınıb.

Qeyd edək ki, YAP Xətai rayon təşkilatının da sədri olan H. Mirələmovun xanım işçisinə qarşı qeyri-əxlaqi hərəkətini əks etdirən video yayılıb.

Xəbər lenti