"Açıq havada toyların keçirilməsinə icazə verilməlidir" - Deputat
“Toy və yas mərasimləri ilə bağlı qanunların qəbul olunması tez-tez gündəmə gəlir”.
Sabah.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Bunun “Mədəniyyət haqqında” qanunla tənzimlənə biləcəyini qeyd edən deputat bildirib ki, yas mərasimlərində daim ciddi israfçılıq olub:
“Pandemiya bitəndən sonra bu, yenə davam edəcək. Pandemiya bitməmiş biz bu məsələləri tənzimləməliyik. Heç kim ehsan yarışına girməsin. Pandemiyadan əvvəl istər toy, istərsə də yas mərasimlərində sona qədər oturmaq olmurdu. Bu sahəyə nizam-intizam gətirməyin zamanıdır. İndi yaxşı fürsət yaranır ki, biz bunu edək”.
Deputat açıq havada toylara icazə verilməsini təklif edib:
“Artıq istilər düşüb. Hesab edirəm ki, açıq havada toyların keçirilməsinə icazə vermək lazımdır. Toyların keçirilməsinə icazənin verilməsi həm də bir neçə şəxsin işləməsi deməkdir”.
Daha çox