Bakıda məktəbdən avtomat və tapança oğurlandı

HADİSƏ
12:29
23 Aprel 2021
44

Bakıda məktəbdən oğurluq edilib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-nə keçən gecə rayon ərazisindəki tam orta məktəblərin birindən təlim üçün nəzərdə tutulmuş 1 ədəd “Glock” markalı qaz tapançası və 1 ədəd “AK-74” markalı avtomat silahı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Babayev saxlanılıb.

Xəbər lenti