“Qorotdel”də yeni təyinat
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr islahatı çərçivəsində daha bir əmr imzalayıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Tərlan Zeynalov vəzifəsindən azad olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi təyin edilib.
Bakı BPİ-nin mətbuat katibi, polis mayoru Elşad Hacıyev məlumatı təsdiqləyib.
Daha çox