Xəstəxanadakı saxta peyvənd olunma anının görüntüləri - Video

HADİSƏ
14:40
22 Aprel 2021
312

Xəbər verdiyimiz kimi, ölkədə həyata keçirilən vaksinasiya prosesində yol verdiyi nöqsanlara görə daha 2 nəfər işdən çıxarılıb.

Sabah.az xəbər verir ki, bununla bağlı yayılan videodan aydın görünür ki, Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan tibb bacısı vətəndaşa peyvənd vurmur, digəri isə saxta sənəd yazır.

Xatırladaq ki, videoda görünən hər iki xəstəxana əməkdaşının əmək müqavilələrinə xitam verilib.

Xəbər lenti